Amerika hərbçiləri İrəvan küçələrində

image here

Hazırda Rusiyanın azı 5-6 minlik hərbi kontingenti və xeyli texnikası olan Ermənistan paytaxtında Amerika hərbçiləri də sərbəst gəzir.
Xəbərdə deyilir ki, mayın 10-dan ABŞ-ın Corciya ştatının Milli Qvardiyasının(MQ) hərbçiləri İrəvandadır. Amerikalı hərbi mühəndislər guya işğalçı ölkənin paytaxtına şəhərdəki Ahıllara Xidmət Mərkəzinin təmiri məqsədilə gəliblər. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib. ABŞ hərbçiləri artıq binanın 12 otağında və ümumi istifadə ərazisində yaşayış şəraitini qaydaya sala biliblər. Səfirliyin rəsmi məlumatında deyildiyinə görə, Corciya ştatı MQ-nın Hərbi Hava Qüvvələrinin 116-cı mülki mühəndis eskadrilyasının hərbi qulluqçuları Ermənistana ABŞ Cilahlı Qüvvələrinin(SQ) Humanitar Vətəndaş Yardımı proqramı çərçivəsində göndəriliblər.
“Corciya ştatı MQ-nın nümayəndələri Amerika SQ-nin ən yaxşı kadrlarıdır. Onlar şəxsən ermənilərlə ünsiyyətə girib və tanış olublar”-deyə təmir edilmiş Ahıllara Xidmət Mərkəzinin açılışında iştirak edən ABŞ-ın Ermənsitandakı səfiri Riçard Maylz bildirib.

Səfirin sözlərinə görə, bu cür işlərdə yardım və Ermənistan hökuməti və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməklə ABŞ erməni xalqının həyatını yaxşılaşdırmağa, ona təhlükəsiz, dinc və zəngin gələcək qurmaqda kömək etməyə çalışır.