Almanlar qənaət etməkdə birinci oldular.

Dünyada illik 100 trilyon 200 milyard avro ixracatıyla ixracat lideri olan Almaniya qənaətdə da rekord göstərici əldə edib. Almanlar 2016-cı ildə 5 trilyon 586 milyard avro qənaət edərək rekord qırıb.
Almaniyanın Mərkəz Bankı almanların qənaətlərinin 2 trilyon 200 milyard avrosunu bank hesablarında saxladıqlarını, 2 trilyon 113 milyon avroluq hissəsini də sığorta və pensiya hesabına yatırdıqlarını açıqlayıb.
Digər tərəfdən, almanların birjada satın aldıqları səhmlərdə azalma olduğu, aşağı faiz nisbətinə baxmayaraq, qənaətlərini banklara yığmağa üstünlük verdikləri aydınlaşıb.