Merkel:”Almaniyaya terroru müsəlman qaçqınlar gətirməyiblər”.

Yaxın Şərq və  Afrikada müharibə və kasıblıqdan qaçan qaçqınlar Almaniyaya terrorizm gətirə bilməzlər.

Bunu jurnalistlərə açıqlamasında Almaniya kansleri Angela Merkel söyləyib. Onun sözlərinə görə, islam Almaniyanın bir parçasıdır:

“Almaniyadan çoxları Suriyaya təlim almağa gedib. Artıq sayları 800-ü ötüb. Bu qrup bizi narahat edir. Almaniyaya terroru müsəlman qaçqınlar gətirməyiblər”.