Almaniya kansleri Angela Merkelin Bakıya səfəri ərəfəsində bu ölkənin insan haqları üzrə müvəkkili – ombudsman Barbel Kofler Azərbaycanda insan haqları sahəsində vəziyyətin ağırlığına diqqət cəlb edib.Barbel avqustun 24-də yerli jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda vətəndaşların sərbəst toplaşmaq, mətbuat və söz azadlığı kimi hüquqları hələ də pozulur. Ölkədə insan haqları ilə bağlı vəziyyət ümumilikdə problemlidir. Müxalifət nümayəndələri, insan hüquqları müdafiəçiləri və tənqidçi jurnalistlər həbs və təhdidlərə, eləcə də bir sıra hallarda siyasi hakimiyyətdən asılı olan məhkəmələrin təqibinə məruz qalır. Hökuməti açıq şəkildə tənqid edənlər həbs olunur və ya işdən çıxarılır. Ölkəni tərk etmiş siyasi fəalların ölkədəki ailə üzvləri və qohumlarına təzyiq olunur. Bütün bunlara görə, Almaniyanın Azərbaycan hakimiyyəti ilə daimi və birbaşa ünsiyyətdə olması vacibdir.Barbel sonda qeyd edib ki, Almaniya hökuməti və Avropa Birliyi bu ölkədə insan hüquqlarına hörmət etmək lazım olduğunu xatırlatmaq üçün Azərbaycanda öz kommunikasiya kanallarından istifadə etməlidir.
Related Posts
Bakıda ÖZBAŞINALIQ: vətəndaşın xəbəri olmadan adına kreditə..
- admin
- 26/08/2016
- 0
Bakıda ÖZBAŞINALIQ: vətəndaşın xəbəri olmadan adına kreditə… Bakıda vətəndaşın xəbəri olmadan onun adına saxta imza […]
Ukraynalılara Avropaya vizasız giriş verən “tarixi sənəd” imzalandı.
- admin
- 17/05/2017
- 0
Avropa İttifaqı və Avropa Şurasının nümayəndələri Ukrayna ilə viza rejiminin liberallaşdırılmasına dair çoxdan gözlənilən sənədi […]
“Məhbus sayına görə 2016-cı ildə Avropada üçüncü yerə çıxmışdır.”
- admin
- 28/10/2017
- 0
Vəkil Cavad Cavadov rəsmi statistik məlumatlara əsaslanaraq Azərbaycanda süni məhbus çoxluğunun yaradılması barədə yazıb. Yazını […]