Almaniyada Azərbaycan Ordusuna dəstək məqsədi ilə həmrəylik yürüşü keçiriləcək. Almaniyada fəaliyyət göstərən Demokratik Azərbaycanı Seç (DAS) ictimai-siyasi təşkilatından verilən məlumata görə, həmrəylik yürüşü Şimali Reyn-Vestfaliya əyalətinin Düsseldorf şəhərində baş tutacaq.
“Yürüş iyulun 18-i, saat 12:00-dan 15:00-a kimi Düsseldorf şəhər, Immermannhof küçəsində, dəmiryolu vağzalının 50 metrliyində keçiriləcək. Artıq “Şəhidlər ölməz, Vətən bölünməz” adlı həmrəylik yürüşü Düsseldorf şəhər rəhbərliyi ilə razılaşdırılıb. Həmrəylik yürüşümüzün şüarı “Hər şeydən öncə Vətəndir!” olacaq”– deyə, DAS-dan bildiriblər.