Azərbaycanda ictimai aktiv insanların yaxınlarına basqı etmə ənənəsi bu gün də davam edir. Yaxın keçmişdə Amaniya kansleri xanım Merkelin Bakıya səfəri öncəsi DAS təşkilatının təşkl etdiyi mitinqdən bir az sonra deyəsən Azərbaycan hakimiyyəti öz ənənəsini davam etdirməyə başlamışdır. Görünən odur ki, siyasi rejim bu repressiyaya 15 gün ara verdi ki, Avropa görsün ki, Azərbaycanda hər şey qaydasındadır. Lakin, öz prinsiplərindən geri çəkilmək istəməyən hökumət nümayəndələri basqını davam etdirirlər.
07 senyabr 2018-ci il tarixdə Almaniyada siyasi mühacirlik həyatı yaşayan, ictimai fəal, sözügedən mitinqdə iştirak edən Orxan Ağayev özünün facebook səhifəsində çıxış edərək qohumlarının evinə polislərin getdiyini bildirmişdir. Belə ki, özünün qeydiyyatda olduğu ünvanda yaşamadığını bildirən Orxan qeyd etmişdir ki, polislər onun qaynananasının evinə-Mingəçevirə getmişlər. Mingəçevirdən qonşuların dediyinə görə həmin polislər yerli polislər olmamışlar.
Orxan Ağayev bildirir ki, qaynanamgildə də heç kəs olmadığından polislər əliboş dönmüşlər. Çünki, qohumlarım Rusiyada yaşayır. Sadəcə həyat yoldaşım orada qeydiyyatda olduğundan məni Mingəçevirdə axtarmışlar və yoldaşımın da harada olmasını soruşmuşlar.
O.Ağayev baş verənlərə bu cür münasibət bildirmişdir: “Ayıb olsun, İlham Əiyevin siyasi rejiminə ki, mənim fəaliyyətimə görə polisə göstəriş verirlər ki, mənim dalımca Bakıdan Mingəçevirə getsinlər və qohumlarıma təzyiq göstərmək vasitəsilə məni susdursunlar. Onsuz da mən haqq bildiyim yoldan dönən deyiləm. Azərbaycanda rüşvət və korrupsiya baş alıb gedir, danışanların dilini kəsirlər və göründüyü kimi Avropadakıların qohumlarını şərləyib həbs edirlər. Reallıq budur”.