Almaniyada siyasi fəallar etiraz aksiyası keçirdi


Bir qrup siyasi aktivist 01.02.2020-ci tarixində Almaniyanın Reklenhausen, Datteln və Lünen şəhərlərində “Diktatoru tanıdaq” aksiyası keçiriblər. Bu haqqda saytımıza aksiyanın təşkilatçılarından biri olan Qaçay Piriyev məlumat verib. Aksiyanın məqsədi alman cəmiyyətinin  diqqətini Azərbaycanda baş verən hadisələrə  çəkməkdir.  Alman cəmiyyəti Azərbaycandakı diktatura rejimin fəaliyyətindən məlumatsızdır. Azərbaycanda korrupsiya, məmur özbaşınalığı nəticəsində, insanlar siyasi baxışlarına və dini əqidəsinə görə təqib və ya həbs olunur. Baş verənlər haqqında demokratik dünyanı məlumatlandırmaq lazımdır. Bu səbəbdən düşünürük ki, aksiyalar davam etməlidir.