Bu gün səhər saatlarında Almaniyanın Bavariya əyalətində yerləşən Qaymershaym şəhərindəki supermarketlərdən birində 19 yaşlı Əfqanılstan qaçqını olan oğlan özünü yandırıb.
“Deutsche Welle” agentliyi xəbər verir ki, gənc ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Yerli polisin məlumatına görə, qaçqının bu addımının səbəbi hələlik məlum deyil. Özünü yandırmaq üçün onun yaxınlıqdakı yanacaqdoldurma stansiyasından benzin aldığı bildirilir.