“Almaniya və Türkiyə arasında dərin fikir ayrılıqları ortaya çıxıb” – Merkel

merkel erdoganTürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla keçirilən danışıqlar Berlin və Ankara arasında dərin fikir ayrılıqlarını ortaya çıxarıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya kansleri Angela Merkel Hamburqda keçirilən G-20 sammitinin yekunlarından danışarkən bildirib.

“İkitərəfli danışıqlar aramızda dərin fikir ayrılıqlarının olduğunu üzə çıxartdı”, – deyə kansler bildirib. Bununla belə Merkel Türkiyənin və şəxsən Ərdoğanın sammitin işində fəal iştirak etdiyini qeyd edib: “Biz qaçqınlar və miqrasiyaya dair məsələlər üzrə Türkiyənin səylərini qiymətləndirdik”, – deyə o qeyd edib.