Bir Avropa Birliyi qaynağı, Almaniya və Fransanın Avropa Komissiyası Başçısı Jean-Claude Junckerin planı çərçivəsində 120 min immiqrantın dərhal yarısını qəbul edəcəyini söylədi.
AFPə danışan mənbə, Junckerin Avropa Birliyi ölkələri üçün nəzərdə tutulan və çərşənbə günü açıqlanacaq zəruri kvota tətbiqinə görə; Yunanıstan, İtaliya və Macarıstanın yükünü azaltmaq üçün Almaniyanın 31 min 443, Fransanın isə 24 min 31 immiqrantı qəbul edəcəyini söylədi.
Sözü gedən qaynağa görə, plan çərçivəsində İspaniya da 14 min 913 adamı ölkəyə alacaq. Fransa prezidenti Fransua Holland da bu gün təşkil etdiyi mətbuat konfransında ölkəsinin iki illik müddətdə 24 min qaçqının alacağını təsdiqlədi.
Mətləb BALAKİŞİYEV