Almaniya iqtisadiyyatında son 24 ilin ən yüksək nəticəsi

Almaniyanın ixracı, iyul ayında əvvəlki ayla müqayisədə gözləntilərin üzərinə çıxaraq 2,4 faiz, idxalı isə 2,2 faiz artıb. İdxal və ixracın artımı 1991-ci ildən bəri görülən ən yüksək səviyyədir.
page_abdye-gore-almanyanin-buyume-modeli-kuresel-ekonomiye-zararli_166112067
Xebername.info xəbər verir ki, Almaniya Federal Statistika Ofisinin (Destatis) bu gün açıqladığı müvəqqəti məlumatlara görə, Almaniya iyulda 103,4 milyard avroluq ixrac, 80,6 milyard avroluq idxal həyata keçirib. Ölkənin iyul ayında ixracı əvvəlki aya nisbətən 2,4%, idxalı isə 2,2 faiz artım qeyd edib.

Almaniyanın iyul ayında ixracının aylıq 1%, idxalının isə 0,7 faiz artması gözlənilirdi.

İllik müqayisədə isə Almaniyanın ixracı iyulda 6,2 faiz və idxalı isə 6,1 faiz yüksəlib.

Almaniya, bu ilin iyul ayında Avropa Birliyi (AB) ölkələrinə 60,4 milyard avro dəyərində mal göndərib, bu ölkələrdən 53,7 milyard avroluq mal alıb. Ötən ilin eyni dövrü ilə müqayisədə AB ölkələrinə ixrac 6 faiz, bu ölkələrdən idxal da 6,6 faiz artım göstərib.

Avro Zonası ölkələrinə isə iyulda 37,7 milyard avroluq ixrac edilib, bu ölkələrdən 36,8 milyard avroluq mal satın alınıb. Eyni ayda həmin ölkələrə ixrac 5,5 faiz, idxal isə 6,2 faiz artım qeyd edib.

Almaniya, iyulda AB kənar ölkələrə (üçüncü ölkələr) isə 46,7 milyard avroluq ixrac həyata keçirib. Almaniyanın bu ölkələrdən idxalı isə 28,4 milyard avro təşkil edib.

2014-cü ilin iyul ayına nisbətən Almaniyanın AB xaricindəki ölkələrə ixracı 6,4% artıb, bu ölkələrdən idxalı isə 5,3 faiz yüksəliş göstərib.

Digər tərəfdən, Almaniyanın xarici ticarət profisiti 22,8 milyard avro olub.

 

Elgün ORUCLU