Almaniya “İncirlik”dən çıxacağını bildirdi

Alman esgerleri incirlikAnkara NATO-nun İŞİD-ə qarşı İraqda həyata keçirdiyi əməliyyatların bir parçası olan 250 alman əskərinin Almaniya məclisinin üzvləri tərəfindən ziyarət edilməsinə icazə vermir. Türkiyə bu qadağanı Almaniya məclisinin 1915-ci il hadisələrinin soyqırım kimi qəbul olunmasına cavab olduğunu bildirir.

Reutersin xəbərinə görə, Almaniya baş nazirinin köməkçisi Sigmar Qabriel  Ankaranın addımlarına adekvat cavab verəcəklərini açıqlayıb: “Əgər parlament üzvlərinə qarşı əngəllər davam edəcəksə, əsgərlərin “İncirlik” hərbi bazasında qalmasının bir mənası olmayacaq”, deyə  Sigmar Qabriel bildirib.