Almaniya Baş naziri Angela Merkel, Almaniya Federal Hökumətinin əyalət hökumətlərinə gələcək ildən etibarən sığınacaq istəyən şəxslər başına ayda 670 Avro yardım edəcəyini açıqladı.
Merkel, əyalət baş naziləri ilə Şansölyelik Sarayında etdiyi yığıncaq nəticəsində, federal hökumətin əyalət hökumətləri ilə sığınacaq axtaran şəxslər böhranında maliyyə yardımı və sığınacaq axtaran şəxslər qanununda əhatəli bir dəyişiklik mövzusunda razılaşmaəldə etdiyini bildirdi.
Buna görə, Almaniya daxilində 800 min immiqrantı əhatə edən 670 avroluq yardım, sığınacaq axtaran şəxslər olaraq edilən ilk müraciətin başlamasından, sonuncu müraciətə qədər davam edəcək.
Federal Hökumət əyalət hökumətlərinə ayrıca immiqrantlar üçün inşa ediləcək ictimai iqamətgahlar üçün 500 milyon avro və baxıcısı olmayan 18 yaşından kiçik immiqrantlar üçün də 350 milyon avroluq köməkdə tapılacaq.
Merkelin açıqladığı bu kömək paketinə görə, federal hökumət əyalət hökumətlərinin sığınacaq axtaran şəxslər mövzusunda boynuna götürmüş olduğu riskləri yüngülləşdirir.
Mətləb BALAKİŞİYEV