Almaniyada böyük koalisiya ortaqlarının dünən axşam etdiyi zirvədə qaçqın problemi ələ alındı.
Görüşdə, Almaniyaya yaşanan qaçqın axını qarşısında 3 milyardı birbaşa, 3 milyardı da əyalətlər vasitəsi ilə olmaq üzrə 2016-ci il ərzində qaçqınlara xərclənəcək məbləğ cəmi 6 milyard avro olmasına qərar verildi. Almaniya 2015-ci il ərzində qaçqınlara 1 milyard avro ayırmışdı.
Kosova, Albaniya və Monteneqro təhlükəsiz ölkə sayılacaq
Koalisiya ortaqlarının qaçqın zirvəsində ayrıca, balkan ölkələri Kosovo, Albaniya və Monteneqronun etibarlı ölkələr statusuna alınması da qərarlaşdırıldı.
Çıxarılacaq qanun ilə bu ölkələrdən gələcək qaçqın şikayətlərin qısa müddətdə sonlandırılaraq geri göndərilməsi təmin ediləcək. Yığıncaqda, qaçqınların ilk qəbul nöqtələrində pul yerinə vəsait verilərək təcili ehtiyaclarının qarşılanması da müzakirə olundu.
Alman mətbuatında yer alan xəbərlərə görə, qaçqınlar mövzusunda yekun qərarın 14 sentyabrda ediləcək AB Daxili İşlər Nazirləri zirvəsindən sonra 24 sentyabrda keçiriləcək federal hökumət və əyalətlər zirvəsində verilməsi gözlənilir. Federal Məclis (Bundestag) və Əyalətlər Məclisinin isə (Bundesrat) qərarlarının oktyabr ayı içərisində təsdiqləməsi nəzərdə tutulur. Almaniyaya 800 min dolayında qaçqın gəlməsi gözlənilir.
Mətləb BALAKİŞİYEV