“Allah bəlasını versin, Eldar Mahmudovun! O, məni bu günə qoydu”.

nnnn

Fəaliyyəti dayandırılan “Zaminbank”ın sahibi Nadir İsmayılov

Nadir İsmayılov hazırda ağır durumda olduğunu deyib: “Mənim bankım niyə bağlanmalı idi. Allah bəlasını versin, Eldar Mahmudovun! O, məni bu günə qoydu. Məni aparıb, MTN-nə salmışdılar. Heç bir hüquqi əsas olmadan bir sutka saxlayıb, ağlasığmaz məbləğ istədilər. Sonradan Eldar Mahmudovun “Bilal” MTK adlı Tikinti Şirkəti onun tapşırığı ilə 1.5 milyon kredit götürdü. Həmin krediti qaytarmadılar. Eldar Mahmudovun göstərişləri ilə çox adama kreditlər verdik. Hamısı da batdı. Mənim bankımın bağlanmasının səbəbkarı Eldar Mahmudovdur. Bu gün onun mənə külli miqdarda borcu var”.