Saxalin adası sahilində tapılan heyvanın alimlər arasında müzakirə mövzusuna çevrilməsinin səbəbi isə təbiətdə heç bir canlıda rast gəlinməməsinə baxmayaraq, eyni zamanda həm dimdik həm də kürkə sahib olmasıdır.Parçalanmış və bir hissəsi yeyilmiş canlı iki adam uzunluğundadır.
Böyüklüyünə və uzanmış burun hissəsinə sahib olmasına görə Qanq çayı delfinlərinə bənzədilsə də bir şirin su hövzəsi delfininin Hindistandan Rusiyaya qədər gələ bilməsi mümkün deyil.Bundan başqa, Qanq çayı delfinləri kürk örtüyünə malik deyillər və iki adam uzunluğuna qədər böyümürlər.
“Baş hissəsinin görünüşünə görə,bu böyük bir delfindir”deyə Saxalin Balıqçılıq və Okeanoqrafiya İnstitutundan Nİkolay Kim bildirir.”Dərisinin xüsusiyyətinə görə ,bu nadir bir növdür”
Essex Universitetində dəniz biologiyası professoru olan David Smith isə bunun bir mamont növü ola biləcəyini düşünür.Onun fikrincə,bu canlı donaraq qədim dövrlərdən bu günə qədər gəlmiş və qlobal istiləşməylə buzun əriməsi nəticəsində Rusiya sahillərinə çıxmışdır.Bu ehtimalı düşünən təkcə Smith deyil.Oxford Universitetinin professoru Alex Rogers də bunun mümkün ola biləcəyinə inanır.
Maya HƏSƏNLİ