Ləğv edilən MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun “sağ əli” sayılan “Akula” ləqəbli Akif Mustafayev İspaniyanın Loret-de-Mar şəhərində 10 gün əvvəl saxlanılıb, elə həmin gün də azadlığa buraxılıb
Bunu A.Mustafayevin saxlanılma xəbərinə reaksiya verən vəkili Abbas Atakişiyev deyib.
A. Atakişiyev bildirib ki, A. Mustafayev axtarışda olduğu üçün saxlanılıb. Vəkil A. Mustafayevin hansı səbəbdən azadlığa buraxıldığını bilmədiyini söyləyib. A. Mustafayevin hazırda İspaniyada olmadığını da qeyd edən vəkil onun hansı ölkədə olduğunu açıqlamaq istəmədiyini bildirib.