Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı, həbs edilən Akın Öztürk hərbi çevrilişdə iştirakını etiraf edib.
Anadolu Agentliyinin məlumatına görə, o, məhkəmə zamanı “Məqsədim hərbi çevriliş olub, buna uyğun da hərəkət etmişəm”, ifadəsindən istifadə edib.
Qeyd edək ki, hərbi çevrilişə cəhhdə 300-ə yaxın şəxs ölüb, minlərlə adam həbs edilib.