Akif Çovdarovun məhkəməsinə jurnalistlər buraxılmadı

Vəkillər gəlmədiyindən proses təxirə salınıb

Sentyabrın 20-də Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, nazirliyin əməkdaşları – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun məhkəmə prosesi başlayıb.

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən hazırlıq iclasına jurnalistlər buraxılmayıb. Məhkəmədə mühafizə xidməti aparan polislər və nəzarətçilər onlara jurnalistlərin iclasa buraxılmaması barədə göstəriş verildiyini deyiblər. Lakin bu göstərişin kim tərəfindən verildiyinə aydınlıq gətirilməyib. Buna görə də proses jurnalistlərin iştirakı olmadan keçirilib.

Prosesdən sonra təqsirləndirilən şəxslərdən Akif Əliyevin vəkili Cavid Rzazadə jurnalistlərə açıqlamasında bildirib ki, prosesdə digər vəkillərə bildirişin göndərilmədiyi, onların iclasda iştirak etmədikləri məlum olub. Buna görə də, iclas oktyabrın 4-nə kimi təxirə salınıb. Vəkil iş üzrə 300-dən çox zərərçəkmiş və şahidin olduğunu da deyib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri və digərləri ilə ittiham olunurla