ABŞ vitse-prezidenti Mike Pence Tbilisiyə gəlib

69E02B58-7209-49A7-AB0A-7576CE99A6A0_w1023_r1_s-768x432ABŞ vitse-prezidenti Mike Pence iyulun 31-də Gürcüstana gəlib. Azadliq radiosunun məlumatında bildirilir ki, Şərqi Avropa ölkələrinə 3 günlük səfərə çıxan Pence-nin məqsədi region ölkələrini əmin etməkdir ki, Rusiyanın sabitliyi pozmaq cəhdləri qarşısında bu ölkələr ABŞ-ın dəstəyini alacaqlar.

Tbilisiyə Estoniya paytaxtı Tallindən gələn Pence iyulun 31-də 3 Baltikyanı prezidentlə görüşdə də bildirdi ki, “Biz Estoniya, Latviya və Litva xalqları ilə birlikdəyik və həmişə birlikdə olacağıq”

Gürcüstan rəsmilərinin fikrincə, Pence-nin Gürcüstana səfəri isə ölkənin ərazi bütövlüyünə və suverenliyinə ABŞ-ın dəstəyini nümayiş etdirir.

Gürcüstan prezidenti Margvelashvili iyulun 27-də demişdi ki, ABŞ vitse-prezidentinin birgə hərbi təlimlər dövründə Gürcüstanda olması təkcə hərbi əməkdaşlığa aid məsələ deyil, bu həm də birgə dəyərlər ətrafında birləşməyi göstərtir.

Hazırda birgə təlimlərdə 800 Gürcüstan və 1600 Amerika əsgəri iştirak edir.

Təlimlərə Britaniya, Almaniya, Türkiyə, Ukrayna, Sloveniya, Ermənistan hərbçiləri də qatılıb.