ABŞ və Çin Ermənistan ordusuna pul ayırıb

abd_ve_cin_baskanlari_anlasmalarini_icerek_kutladilar_h9658“Xebername.info” “AzVision.az”a istinadən xəbər verir ki, ABŞ və Çin 2005-2014-cu illər ərzində Ermənistan Müdafiə Nazirliyinə təxminən 45 milyon ABŞ dolları dəyərində qrant ayırıb.

Erməni KİV-nə istinadən verilən xəbərdə bildirilir ki, ABŞ-dan qrantlar Ermənistana `Xarici hərbi maliyyələşdirmə` (FMF) və `Beynəlxalq hərbi təhsil və təlim` (IMET) proqramları çərçivəsində ayrılıb.

`Xarici hərbi maliyyələşdirmə` proqramı çərçivəsində ayrılan vəsait hesabına hərbçilər və orduda xidmət edən mülki vətəndaşların dil və professional hazırlığına, həmçinin texniki vasitələrin alınmasına xərclənib. Bu proqram çərçivəsində Ermənistan Müdafiə Nazirliyinə 35,7 milyon ABŞ dolları dəyərində qrant ayrılıb.

`Beynəlxalq hərbi təhsil və təlim` (IMET) proqramı çərçivəsində isə Ermənistan Müdafiə Nazirliyinə 6 milyon ABŞ dolları ayrılıb.

Çin isə 2009-2013-cü illərdə Ermənistan Müdafiə Nazirliyinə 3,8 milyon ABŞ dolları dəyərində qarşılıqsız hərbi yardım göstərib.

 

xebername.info