Azərbaycanın Los-Anceles və Brüsseldəki diplomatik missiyalarının yaxınlığında törədilən təxribatlarla əlaqədar saxlanılanlar var. Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Leyla Abdullayeva bugünki mətbuat konfransında məlumat verib.
Əsasən Los-Ancelesdə iyulun 21-də Azərbaycan Baş Konsulluğunun qarşısında aksiya zamanı azərbaycanlı qadını vuran erməni saxlanılıb. O, məhkəmə qarşısında dayanacaq.
Bundan əlavə, Brüssel polisi iyulun 22-də Azərbaycanın Belçikadakı səfirliyinin qarşısında iğtişaşların iştirakçısı olan 15 ermənini saxlayıb.
Xatırladaq ki, ermənilər səfirliyin ərazisində olan azərbaycanlıları daşa basaraq onlara xəsarət yetiriblər.
Contact.az