“ATƏT-in Minsk qrupunun həmsədrləri, ABŞ hökuməti ümid edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin ehtimal olunan iyun görüşü hamımızın həll etməyə çalışdığı məsələyə – Qarabağ probleminin hərtərəfli həllinə səbəb olacaq”.Modern.az saytı xəbər verir ki, bu sözləri ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz Yerevanda keçirilən ABŞ-Ermənistan biznes-forumunda çıxışı zamanı deyib. Səfirin sözlərinə görə, Vyanadan alınan xəbərlər çox ümidvericidir. “Bu əsl nailiyyət idi, çünki hər iki tərəf 1994-1995-ci il müqaviləsinə sadiq olduqlarını təsdiqləyib”. Milz son hadislərin fonunda həmsədrlərin səylərini daha da artırdığını vurğulayıb.
Nardaran məhbusu Abbas Hüseynovun anası Rəhimə Hüseynova Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova müraciət edərək, oğluna qarşı işgəncələrin dayandırılmasını […]