ABŞ rəsmisi müxalifət nümayəndələri ilə görüşüb

ali kerimli3Bakıda səfərdə olan ABŞ dövlət katibinin köməkçisinin müavini Bricit Brinks AXCP sədri Əli Kərimli və digər müxalifət təmsilçiləri ilə görüşüb.

AXCP mətbuat xidmətindən redaksiyamıza daxil olan məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, siyasi məhbus problemi, çoxpartiyalalıq sisteminə yaradılan maneələr, siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılması, sərbəst toplaşmaq azadlığının faktiki qadağan olunması, seçki islahatı müzakirə mövzusu olub. Xüsusilə vurğulanıb ki, bir sıra tanınmış siyasi məhbuslar azadlığa buraxılsa da, hələ də həbsxanada 80 nəfər siyasi məhbus var və onların da müdafiəsi yüksək səviyyədə həyata keçirilməlidir. Görüşdə həmçinin ABŞ-Azərbaycan münasibətləri müzakirə edilib.