ABŞ Quantanamonu Kubaya vermir

John_Kerry_WideABŞ və Kuba əlaqələrinin mülayim hala gəlməsindən sonra ilk mübahisə Quantanamo məsələsi üzündən oldu.

54 il aradan sonra əlaqələrin normallaşması daxilində ABŞ-ın paytaxtı Vaşinqtonda Kuba səfirliyinin yenidən açılmasının ardından mətbuat konfransı təşkil edən xarici işlər nazirləri arasında ilk ziddiyyət yaşandı.
Kuba xarici işlər naziri Bruno Rodriquez, Quantanamonun Kubaya qaytarılmasını gündəmə gətirdi. ABŞ xarici işlər naziri John Kerry isə belə bir gündəmləri olmadığını ifadə edərək, “Gələcəyin nələr gətirəcəyini əlbəttə bilmərik” dedi.

Mətləb BALAKİŞİYEV