Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitindəki görüşlərə münasibət bildirərkən deyib. Politoloq ehtimal edir ki, onun müşavirləri ilə birgə hazırladığı “ev tapşırığından” 4-5 nəfərin xəbəri olub:
“Ağ Ev sahibinin Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində onlarla lider arasında yalnız Çin lideri ilə ayrılıqda görüşəcəyi xəbəri yayılmışdı. Bu xəbəri duyar-duymaz Kremlin təbliğat maşını – Rusiyanın televiziya kanalları reportajlarında Ukrayna və Türkiyə prezidentlərini bu sözlərlə aşağılayırdılar: “Obama Ərdoğanı və Poroşenkonu saymadı”, “Ərdoğan Obama ilə görüş üçün yalvarsa da, nəticə yoxdur”.
Yenə Rusiya televiziya kanallarına baxıram: Sükut. Necə də sükut içində olmasınlar, Obama həm Ərdoğanla, həm də Poroşenko ilə təkbətək görüşdü, ikitərəfli əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etdi”.