ABŞ Xarici İşlər Nazirliyinin (XİN) 2014 ili Terror Hesabatında, Türkiyənin sərhəd güvənliyini artırmasına baxmayaraq hələ də Suriya və İraqa gedən yadelli terrorist döyüşçülər üçün ‘baş tranzit yol’ olduğu bildirdi.
ABŞ XİN-in hər il ənənəvi olaraq hazırladığı Terror Hesabatında Türkiyə ilə bağlı diqqət çəkici dəğərləndirmələr yer aldı. Türkiyənin Suriyada davam edən qarşıdurma səbəbiylə sərhədin arxa tərəfindəki, İŞİD, Əl-Nusra Cəbhəsi və başqa Əl Qaidə ilə əlaqəli terrorist qruplara qaynaqlanan qayğısını dilə gətirməsinə rəğmən, 2014 ili boyunca Suriyadakı bu qruplara vəya başqalarına qatılmaq istəyən əcnəbi terroristlər üçün qaynaq ve tranzit ölkə funksiyası yerinə yetirdiyi ifadə edildi.
ABŞ Prezidenti Barak Obamanın bir neçə gün əvvəlki çıxışında, “İŞİD-ə, Türkiyədən Suriyaya keçən minlərlə döyüşçülər dəstək verir. Keçidləri əngəlləmək üçün Türkiyə hakimiyəti lazım olan sayıqlığı tam olaraq artırmayıblar.” ifadələr yer almışdı.
Mətləb BALAKİŞİYEV