ABŞ-ı qana bulayan təşkilatın adı məlum oldu
ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda terror aktı törədən Omar Matinin İŞİD terror qruplaşmasına bağlı olduğu üzə çıxıb.
AzToday.az xarici mediaya istinadən xəbər verir ki, onun “911” təcili xidmət xəttinə zəng edərək İŞİD-ə sədaqət andı içdiyi məlum olub.
Qeyd edək ki, bu gün Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. Bu gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub.
Terror aktının əfqan mənşəli amerikalı Omar Matin tərəfindən törədildiyi bildirilir. Onun atasının mətbuata verdiyi açıqlamaya görə, oğlu terror aktını qeyri-ənənəvi oriyentasiyaya malik insanlara nifrət etdiyi üçün törədib. “NBC News”a danışan Mir Seddikin sözlərinə görə, oğlu bir neçə ay əvvəl Mayamidə öpüşən kişilər görüb.
Onun sözlərinə görə, Matin kişilərin onun arvadı və oğlunun gözləri qarşısında öpüşməsi və qucaqlaşmasından hirslənib. (publika.az)