ABŞ Dövlət Katibliyi “Sputnik”ə girişin dayandırılması ilə bağlı Türkiyəyə çağırış edib.
Axar.az xəbər verir ki, Dövlət Katibliyi müraciətində Türkiyə hökumətinə mətbuat azadlığına hörmət göstərməsi barədə çağırış edib.
Katibliyin sözçüsü Con Kirbi açıqlamasında mətbuat azadlığına dəstək verdiklərini qeyd edib:
“Təkcə bu məsələdə deyil, ümumiyyətlə bildirirəm. Bütün hökumətləri söz azadlığının qorunması istiqamətində lazım olan bütün tədbirlərin görülməsində dəstəkləyirik”.
Qeyd edək ki, ötən gün Türkiyədə Rusiya yönümlü “Sputnik” agentliyinin saytına giriş qadağan edilib.