ABŞ-dan Türkiyə açıqlaması

26755119ABŞ Xarici işlər nazirliyi Spikeri müavini: Türkiyənin Suriyada tampon bölgə meydana gətirəcəyi istiqamətində konkret dəlil yoxdur.

ABŞ Xarici işlər nazirliyi Spikeri müavini Mark Toner etdiyi açıqlamada “Suriyada tampon bölgə qurulmasının gətirəcəyi çətinlikləri Türkiyə tərəfinə çatdırdıq. Türkiyənin Suriyada tampon bölgə meydana gətirəcəyi istiqamətində konkret dəlil yoxdur. Türkiyənin atacağı addımları gözləyirik” ifadələrini istifadə etdi.

Mark Toner, paytaxt Vaşinqtonda təşkil etdiyi mətbuat konfransında, Türkiyənin, Suriyada tampon bölgə meydana gətirəcəyi mövzusunda konkret dəlil olmadığını söylədi. Toner, bölgədə yaşanan inkişaflardan narazılıq eşitdiklərini də ifadə etdi.

“Polisin niyə zorakılıqdan istifadə etdiyini başa düşmədim”

Toner, verilən bir suala cavab olaraq, İstanbulda dünən təşkil edilən LGBT yerişində polisin niyə zorakılıqdan istifadə etdiyini başa düşmədiklərini dilə gətirdi. Türkiyədə insan hüquqları tətbiqlərinə bağlı narahatlıqları olduğunu, bunu daha əvvəl də dilə gətirdiklərini ifadə edən Toner, ABŞ-ın sülh yığıncaqları və düşüncə azadlığını hər zaman dəstəklədiyini söylədi.

Mətləb BALAKİŞİYEV