Rusiyanın ABŞ-da 2016-cı il prezident seçilərinə müdaxiləsini araşdıran xüsusi nümayəndə Robert Müllerun ofisi Böyük Münsiflər Məhkəməsinin 13 rus və 3 Rusiya təsisatına qarşı ittiham irəli sürdüyünü açıqlayıb.
Onlara qarşı Amerikanın siyasi prosesləri və seçkilərinə müdaxilə ittihamları irəli sürülüb.
İttihamlara konspirasiya, bank və pulköçürmə fırıldaqçılığı, habelə şəxsi məlumatların oğurlanması daxildir.
Azərbaycan oxucuları üçün maraqlı olan, ittiham irəli sürülmüş şəxslər arasında Azərbaycanlı Ceyhun Aslanovun adının olmasıdır. Hələ bir müddət əvvəl Rusiyanın nüfuzlu RBK saytı ABS dakı seçkilərə müdaxilə üçün yaradılmış qrupa Ceyhun Aslanov adlı Rusiya vətəndaşı olan bir Azərbaycanli haqqında yazmışdı. Apardığımız araşdırmalar əsasında məlum olub ki, Ceyhun Aslanov informasiya texnalogiyalari sahəsində fəaliyyət göstərən « Azimut » şirkətinin rəhbəridir.
Digər fiqurantlar Mixail Bıstrov, Mixail Burçik, Aleksandra Krılova, Anna Boqaçeva, Sergey Polozov, Mariya Bovda, Robert Bovda, Vadim Podkopayev, İrina Kaverzina, Qleb Vasilçenko, Vladimir Venkovdur.
ABŞ baş prokurorunun müavini Rod Rozenstayn bildirib ki, ölkəsi ittiham olunan 13 rusiyalının ekstradisiyasına nail olmaq niyyətindədir.
Bundan əvvəl Müllerin araşdırmaları Trampın sabiq milli təhlükəsizlik müşaviri və sabiq seçkiqabağı kampaniyasının sədri də daxil olmaqla, 4 nəfəri ittiham etmişdi.
Ağ Ev hələlik ittihamnaməyə münasibət bildirməyib.
Cümə günü prezident Donald Trampın sabiq baş strateqi Stiv Bannonun bir neçə saat ərzində xüsusi prokuror Robert Müller tərəfindən dindirildiyi bildirilib.