ABŞ-da Gülənin Türkiyəyə verilməsi üçün 4 saat müzakirə aparılıb

ABŞ-da səfərdə olan Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Amerikalı həmkarı ilə Fetullahçı Terror Təşkilatının (FETÖ) lideri elan edilən Fətullah Gülənin təhvil verilməsi üçün  4 saatlıq müzakirə aparıb.

 Türkiyə mediası  bidirir ki, müzakirəyə FETÖ istintaqını aparan Ankara prokurorluğunun 3 əməkdaşı da qatılıb.

“Görüşdə Gülənin Türkiyəyə təhvil verilməsi üçün bütün detallar masaya yatırılıb, qarşı tərəfə hüquqi addımlar üçün tələb olunan bütün sənədlər verilib”, – deyə, rəsmi açıqlamada bildirilib.

Xəbərdə ABŞ tərəfinin 4 saatlıq görüş sonrası atacağı addımlar haqda isə məlumat verilməyib.