Ötən Cümə günü sosial mediada paylaşılan bu fotolar Amerikalı bir cütlüyün mətbəxində çəkilib. Təmir əsnasında təsadüf nəticəsində ortaya çıxan seyfi açmağı bacaran cütlük, həyatlarının sürprizi ilə qarşılaşıblar.
Xebername.info xəbər verir ki, Opposing Viewsda yer alan xəbərə görə, gənc cütlük evlərinə ilk köçəndə dərmanlar saxlanılan siyirmənin içindən tapdıaları kağızda yazılan sevf kodunun nə ifadə etdiyini başadüşməyiblər. Təmir zamanı seyf ortaya çıxanda həmin kağızı xatırlayan cütlük, şifrəni sınamağa qərar veriblər. Altı dəfə sınadıqdan sonra seyfi açmağa müvəffəq olublar.
Seyfin içindən külli miqdarda pul, bir kitab və bir viski çıxıb. Ev sahibi qadın, “Gördüyümüz şeyə inanmadıq. Həqiqətən zaman dayanmış kimiydi, bir müddət eləcə baxdıq” – deyə açıqlayıb o anı. Seyfin içindəki kitab E.F. Schumacher adlı müəllifin “Ağlı Qarışıqlar Üçün Bələdçi” adlı kitabı olub. Bundan başqa arasında bir cek-pot kartı və çox sayda qara ağ fotoşəkil də ortaya çıxıb. Fotolardan birinin arxasında, “Alan, oxumalı olduğun bir kitab var. Mühüm hissələrinin altını cızdım. Yoldaşın, Vincent yazırmış.
Elgün ORUCLU