Mozaikaları sökdürən rektordan növbəti ağlasığmaz addım

Bakı Slavyan Universitetində gedən dəyişikliklər növbəti dəfə ölkə gündəminə düşüb
1474641353_24
A24.az xəbər verir, BSU-ya gələn yeni rektor Nurlana Əliyeva yenə səs-küyə səbəb olacaq qərar qəbul edib. Belə ki, universitetdə kitabxana bağlanıb. Universitet işçilərinin sözlərinə görə, hadisə təmirlə bağlıdır, lakin tələbələr bildiriblər ki, təhsil müəssisəsində heç bir təmir getmir. Tələbələrin sözlərinə görə, kitabxana işçiləri onlarla kobud rəftar edir, eləcə də onlara “kitab yoxdur” deyib, lazımi tədris vəsaitləri ilə təmin etmir.

Bəzi təhsil alan gənclərə kitab “fanar işığı”ndan belə tapılsa da, əksəriyyət kitabsız qalıb.