Onun sözlərinə görə, çünki Azərbaycan sovet iqtisadiyyatının bir komponenti idi və planlı iqtisadiyyat var idi:
“İndi Azərbaycan müstəqildir və bazar iqtisadiyyatıdır – Sovet bazarı artıq yoxdur, yeni bazarları tapmaq da çətindir. Xüsusilə də iqtisadi təşəbbüslərin boğulduğu və monopoliyaların bazarın bütün seqmentlərini ələ keçirtdiyi şəraitdə”.
İqtisadçı hesab edir ki, Azərbaycanda hətta nəzəri baxımdan pambıq istehsalını sovet dövrünün səviyyəsinə də qalxa bilər: “Ancaq işlək satış bazarı olmadan bunu bu səviyyəni ancaq 1 il saxlamaq olar. Azərbaycanda yalnız pambığın ilk emalı zavodları var, son emal zavodları demək olar ki, yoxdur”.