‘Yaşasın Respublika’

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya bu il sentyabrın 26-da keçiriləcək referendumla bağlıdır.

15:00-da başlayan mitinq “Məhsul” stadionunda “Yaşasın Respublika” şüarları ilə keçirilib.Məlumata görə, mitinqdə heç bir problem yaşanmayıb.7fb01175f8fb

Tədbirdə Müsavat Partiyasının və ona yaxın olan qurumların üzvləri, ictimai-siyasi xadimlər, ictimaiyyət nümayəndələri iştirak edib.
Mitinqin aparıcısı Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı olub. Çıxış edənlər xalqı referendurum səsverməsində “Yox” deməyə səsləyiblər.
Müsavat Partiyasının eks başqanı İsa Qəmbər, keçmiş siyasi məhbus Yadigar Sadıqlı, vəkil Osman Kazımov və D18 hərəkatının lideri Ruslan İzzətli mitinqdə çıxış ediblər.
Müsavat Partiyasının başqanı Arif Hacılı çıxışında ilk olaraq bütün maneələrə baxmayaraq mitinqə gələnlərə təşəkkür edib. A. Hacılı ölkədəki ictimai-siyasi vəziyyətdən, iqtisadi böhrandan danışıb və mövcud hakimiyyəti sərt tənqid edib. Müsavat başqanı həbsdə olan siyasi məhbuslardan da bəhs edib.
ac5fd41101e5
991a89ed6f4e
1eff1994faf8
64cd25b2985c