Türkiyədə seçkilərin tarixi açıqlandı

PAKISTAN ELECTIONS

Türkiyə Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin keçiriləcəyi tarixi açıqlayıb.

Xebernamə.info Türkiyə mediasına istinadən xəbər verir ki, qurumun rəhbəri Sadi Güvən seçkilərin noyabrın 1-də keçiriləcəyini bildirib.
“Növbədənkənar seçkilər 2015-ci il noyabrın 1-də keçiriləcək. Seçki təqvimini də bir-iki gün ərzində  açıqlayacağıq. Mövsüm şərtləri baxımından bu tarix uyğun hesab edilib”, – o, deyib.
Mətləb BALAKİŞİYEV