Jurnalistlər və fəallar saxlanılıb…Mitinqdən fotolar

Mitinqdən sonra jurnalistlər İslam Şıxəli, Orxan Rüstəmzadə və Fərid Arifoğlu, fəallar Nuru Nuruzadə, İlkin İsmayıl, Ruslan Qara, Aqil Məhərrəm, Orxan Carçı və Ayxan Hacıbəyli saxlanılıb.

images-cms-image-000025949

Sentyabrın 17-də saat 17:00 radələrində Milli Şuranın “Məhsul” meydanında keçirdiyi mitinq başa çatandan sonra polislə mitinq iştirakçıları arasında qarşıdurma yaranıb.
Nəticədə 30-a qədər şəxs saxlanılıb. Saxlanılanlar arasında Azadlıq Radiosunun əməkdaşları İslam Şıxəli, Orxan Rüstəmzadə, “Turan” agentliyinin əməkdaşı Fərid Arifoğlu da var.

Polis partiya fəallarını da saxlayıb. Müsavat Gənclər təşkilatının üzvü Ayxan Hacıbəyli də polis tərəfindən saxlanılıb.

Polislər blogger Mehman Hüseynova da hücum edib, zərbələr endiriblər. Amma o sərbəst buraxılıb.

get_img

get_img-3

get_img-2

get_img-1