“Necə oldu ki, 2004-cü ilən sonra nazir oğlu sürətlə varlandı?”

Əyyub Kərimov nazir oğlunun 2004-cü ildən sonra sürətlə varlanıb vunderkinddə çevrilməsi sirrinin araşdırılması zəruriliyinə toxunub:eyyub-kerimov2
“Mediada Eldar Mahmudovun oğlu, onun malik olduğu sərvət, biznes strukturları haqqında çoxlu sayda informasiyalar yayılır. Bu nə deməkdir? Məgər onun oğlu vunderkinddir? Əgər o həqiqətən də vunderkinddirsə, niyə onun 2004-cü ilə qədər adi bərbərxanası belə olmayıb? Necə oldu ki, 2004-cü ilə qədər heç nəyi olmayan bir insanın 2004-cü ildən sonra qəfildən çoxlu sayda biznes strukturları, obyektləri meydana çıxmağa başladı?
Hesab edirəm ki, bu məsələlərin ciddi şəkildə araşdırılmasına, bu “sirrə” aydınlıq gətirilməsinə ehtiyac var”.