Bir gəncin hüquqlarını qorumayan nazir hansı əsasla qanunlardan danışa bilər?-xələfinin yolunu gedən nazir

Aqşin aclıq edir, nazir xələfinin yolunu gedir

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov xələfinin yolunu gedir; Füzuli Ələkbərovun səhvlərini təkrarlamağa başlayan nazir barəsində ittihamlar və şikayətlər çoxalmaqdadır…

Bir neçə gündür nazirliyin önündə aclıq aksiyası keçirən gənc Aqşin Mustafayevlə bağlı laqeyd münasibət sərgilənir.

Nə nazirlik rəsmisi, nə S.Müslümovun özü hüquqları tapdanan gənclə maraqlanır. Nazirlik qarşısında Məşğulluq Mərkəzində müavinət ala bilmədiyi üçün aclıq aksiyasına başlamış Aqşinin problemi hər gün mediada ictimailəşdirilir.

Nazir isə bu hadisəni görməzdən gəlir. Bir gəncin hüquqlarını qorumayan nazir hansı əsasla qanunlardan danışa bilər?!

S.Müslümov fəaliyyətinin ilk günlərində özünü kristal kimi təqdim etməyə, rüşvətə qarşı mübarizə aparan nazirsayağı davranmağa başladı.

Amma çox çəkmədi ki ƏSMM, DSMF, VTEK, Məşğulluq Mərkəzlərində kütləvi şəkildə şikayətlər gəlməyə başladı. Məlum oldu ki dəyişçən heç nə yoxdur.

Keçmiş nazir F.Ələkbərovun kadrlarını təmizləyən S.Müslümov onların təcrübəli və savadlı mütəxəssislər olmasına əhəmiyyət vermir. Halbuki yeni təyinatlar da öünü doğrultmur.

Bu gün də yuxarıda adıçəkilən idarələrdə özbaşınalıq, rüşvətxorluq, qanunsuz hallar, mənimsəmələr, maxinasiyalar və vətəndaşların hüquqlarının tapdanması hallarına rast gəlinir.