Türkiyədə hökumətin qurulması üçün lazım olan 45 günlük müddətin sona çatmasının sonra prezident Rəcəb Tayyib Ərdoğan Konstitusiyaya uyğun olaraq, erkən seçkilərin keçirilməsi üçün TBMM sədri İsmət Yılmazla görüşüb. 4 saatlıq görüşdən sonra erkən seçkilərin keçirilməsi üçün razılaşma əldə olunub. Xəbərnamə.info xəbər verir ki, AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orurov “Olaylar”a açıqlamasında Türkiyədə yeni hökümətin qururulmaması, siyasi gərginliyin artması və erkən seçkilərə gedilməsinin Ərdoğanın iddiaları və planları ilə bağlı olduğunu deyib. Ə. Orucovun sözlərinə görə, Ərdoğan 7 iyunda keçirilən seçkilərdə Türkiyə BMM-də lazımi mandat sayı qazana bilmədiyindən onun sonrakı planlarının, ölkəni prezidentlik üsul-idarəsinə çevirmək və təkbaşına hakimiyyəti əlinə almaq planlarının gerçəkləşdirməsinə imkan vermirdi: “Ona görə də AKP-nin koalison hökumət qurumasına maraq göstərmirdi və buna da maneçilik törətdi. Lakin Ərdoğan hesablayır ki, erkən seçkilərdə uğur qazana bilsə yoluna dayanmadan davam edəcək, yenə uğursuzluğa düçar olacağı təqdirdə belə koalision hökumətdə istər-istəməz AKP-nin yeri olacaq. Çünki Türkiyə siyasətinin AKP-siz təsəvvür etmək mümkün deyil. AKP mötədil islam kəsiminin səsinin başqasına verməz. Bu isə o deməkdir ki, AKP-inin bütün hallara rəğmən təxminən 250-dən yuxarı yer deputat yeri var.Bu seçkilərdə səs itirəcək siyasi qüvvə HDP və MHP ola bilər.Məncə, kürd açılımı, demokratik açılım projeləri ilə ölkəni təatümlərə soxan, qonşuları ilə, xüsusən də ərəb dünyası ilə ixtilaflara girən AKP-Ərdoğan hakimiyyəti Türkiyənin bu seçimlərdən sonra stabilliyinə qovuşacağını düşünmək sadəlövhlük olardı. Üstəlik də İŞİD və PKK kimi təhlükəli teorror təşkilatları ilə müharibə etmək, və iqtisadiyyatı saxlamağın çətinləşməsi nikbin proqnozlar vəd etmir. Amma hər halda ümid edək ki, Türkiyə bu ağır durumdan tezliklə çıxa bilsin”.
Mətləb BALAKİŞİYEV