Həyat yoldaşım Rüfətin təcridxanadan göndərdiyi müraciəti oxudum.Mənim üçün nə qədər ağır olsa da onun bu iradəsi məni çox sevindirdi.Ruhən özümü Rüfətin yanında hiss edirəm.O mənim ömür sirdaşım olmaqla bərabər həm də əqidə dostu idik.Biz birlikdə çox mətləbəri müzakirə edir və mövcud qanunsuzluqlar haqda xeyli fikir mübadiləsi aparırdıq.Bu düşüncə həmrəyliyi qirilmazdır və sonunadək davam edəcəkdir.Rüfəti haqsız və ədalətsiz olaraq mühakimə edib zindana atdılar.Hər çətin günün bir aydınlığı olur.Onu rüşvətxorluqda ittiham edənlərə sadəcə gülürəm.Rüfət heç bir vaxt evə haram tikə gətirmədi,kiminsə haqqını tapdalayıb üstündən keçmədi.Eybi yox.Zaman gələr kimin haqlı və haqsız olduğunu görmək bizlərə nəsib olar.Buna Allahım qədər inanıram.Rüfəti zindana atanlara sözüm budur əgər o doğurdan da rüşvətə meyilli müstəntiq idisə nədən şirin çayına acı qatıb dəmir barmaqlıqlar arasına gedərdi.Elə rüşvətini davam etdirib işində də qalardı,lakin o bunun əksinə gedərək qanunsuzluqlara etiraz edib vəzifəsindən istefa verdi sonunda bunun da bəlasına düçar oldu. Əzizim Rüfət, möhkəm iradəli ol.Mən möhkəm və nikbinəm və sənə olan ədalətsizliyə qarşı mübarizədə sonuna qədər varam. Nuray Səfərova
Related Posts
Avropa Parlamentindən İlham Əliyevə çağırış: Bütün siyasi məhbuslar azad edilsin
- admin
- 14/11/2017
- 0
Avropa Paralemtinin bir qrup deputatı jurnalist Əfqan Muxtarlının işi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə […]
‘Qanun’da axtarılan ‘bomba’ REAL imiş
- admin
- 13/06/2016
- 0
Ilqar Məmmədovun ad günü münasibətilə hazırlanan flayer… REAL Hərəkatı iyunun 12-də “Qanun ” nəşriyytaındakıyoxlamalarla bağlı açıqlama yayıb. Bəyanatda […]
” Azərbaycan adambaşına düşən məhbusların sayına görə Avropada 4-cü sıradadır”.
- admin
- 12/03/2016
- 0
Oqtay GÜLALIYEV, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru Yəqin xəbəriniz oldu. Azərbaycan adambaşına düşən məhbusların […]