Avropa ölkələrində mal-mülk sahibi olan məmurları ciddi sanksiyalar gözləyir.

Azərbaycanlı nazirlərin xaricdəki daşınmaz əmlakına həbs qoyula bilər

Avropa ölkələrində mal-mülk sahibi olan məmurları ciddi sanksiyalar gözləyir. %d0%b7%d0%b0%d0%b3%d1%80%d1%83%d0%b6%d0%b5%d0%bd%d0%be

Fransa, İngiltərə, Çexiya, Yunanıstan, Monteneqro və Macarıstanda mənzillənmiş oliqarx nazirlərin əmlaklarının siyahıya alınması prosesi başlanıb.

ABŞ Dövlət Departamentinin yenidən sankiyaları müzakirəyə çıxarması və referendum ərəfəsində gündəmə gətirməsi siyasi təzyiqlərin tərkib hissəsi ola bilər.

Hakimiyyətdə olan odioz nazirlərin korrupsiya pullarına aldığı villalar və dəbdəbəli evlər, o cümlədən bank hesablarındakı milyonlar Qərbin nəzarətində saxlanır.

“McCain” Beynəlxalq Liderlik İnstitununun insan haqları və demokratiya direktorlarından David J.Kramer və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda George Mason Universitinin professoru olan Riçard Kozlariç “Vaşinton Post” qəzetində sərt tənqidlə çıxış ediblər.

Müəlliflərin fikrincə, belə bir məqamda Birləşmiş Ştatlar Azərbaycana qarşı həlledici hərəkətə keçməlidir, hərçənd Obama administrasiyası əsasən susur.
Məqalədə deyilir ki, Christopher H. Smith-in ötən dekabrda tərtib etdiyi və Azərbaycana qarşı sanksiyalar nəzərdə tutan qanunvericilik aktı layihəsini istisna etməklə, Vaşinqton susmağa üstünlük verir. Bir sözlə, yazı müəllifləri sanksiyaları işə salmağa çağırış edib.

Bir müdət əvvəl də məmurlara sanksiya çağrışları olmuşdu. Məmurlar siyahısında Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun adı keçirdi.

Müraciətdə sanksiya tətbiq edilməsi istənilən məmurlar arasında bir sıra hakimlərin də adları sadalanmışdı. Bunlar Nərimanov Rayon Məhkəməsinin hakimi Müslum Əliyev, Səbail Rayon Məhkəməsinin hakimi Yusif Kərimov, Yasamal Rayon Məhkəməsinin hakimləri Məlahət Abdulmanafova və İsa İsmayılov, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Azər Orucov, Apellyasiya Məhkəməsinin hakimləri Mirpaşa Hüseynov, Lətif Nəbiyev və Həmid Həmidov, Ali Məhkəmənin hakimi Nəriman Hüseynov idi.