Tanınmış vəkil qohumlarını ondan imtina etməyə çağırdı

 

Tanınmış vəkil qohumlarını ondan imtina etməyə çağırdı

Tanınmış vəkil Bəhruz Bayramovun yüksək vəzifə tutan qohumlarına qarşı təqyiqlər edilir

Bu barədə məlumatı qaynarinfo.az-a Bəhruz Bayramov özü verib.

Vəkilin sözlərinə görə, təzyiqlər Milli Şuranın 11 sentyabr tarixli mitinqindən sonra baş verib:”Qohumlarımın adını konkret olaraq çəkmək istəmirəm, çünki onlara sonra problem yarada bilərlər. Polisdə işləyəni var, müəyyən vəzifə tutanı var. Hüquq-mühafizə orqanları və icra hakimiyyəti tərəfindən təzyiq olunur ki, məni mövqeyimdən çəkindirsinlər”.

Vəkil bu məsələnin həm də keçmiş müstəntiq Rüfət Səfərovun hüquqlarını müdafiə etməyi ilə bağlı ola bilməsi ehtimalını istisna etməyib: “Bunu demək olmaz, amma son mitinqlə bağlı olduğu dəqiqdir”.

Qeyd edək ki, Bəhruz Bayramov “Facebook” dakı səhifəsində qohumlarını ondan imtina etməyə çağırıb: “Mənim qohumlarıma qarşı rayonlarda təzqiqlər başlayıb. Onlara məsləhət edirəm ki, məndən imtina etsinlər. Şərəfli həyat və şərəfsiz həyat var. Mən şərəfli həyatı üstün tuturam. İmtina edin məndən- gedin çörək pulu və maaş üçün yaşayın”.