Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Bakıya çağırılıb

Elin Süleymanov Bakıya çağırıldıAzərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov məsləhətləşmələrin aparılması üçün Bakıya çağırılıb

Bu barədə vəziyyətlə tanış olan mənbələr bildiriblər.

Səfirin Bakıya çağırılması müddət etibarilə Azərbaycanla ABŞ arasında münasibətlərin soyuduğu dövrə təsadüf edib. Bu soyuqlaşma Ağ Evə yaxınlığı ilə tanınan “Washington Post” qəzetində tənqidi yazılardan sonra meydana gəlib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri R.Kozlariçin və Dövlət Departamentinin keçmiş əməkdaşı D.Kremerin müəllifliyi altında dərc olunmuş yazıda faktiki olaraq Azərbaycan rəhbərliyinə qarşı sanksiyaların tətbiq edilməsi təklif olunurdu.