Türkiyənin 500 kilometrə 2 manat yanacaq məsrəfi edən yeni avtomobili

240820152326112116935_2İstanbul Texniki Universiteti “Günəş Avtomobili Qrupunun” hazırlayıb istehsal etdiyi, Türkiyənin günəş enerjisi ilə işləyən ilk ailə avtomobili “Aruna” sərgiyə çıxdı.

Arunanı işləyib hazırlayan qrupu təmsil edən Burak Oklar isə bunları dedi: “Gələcəyin alternativ enerjisi ilə işləyən avtomobillər istehsal etmək, yerli avtomobil istehsalına dəstək vermək və alternativ enerjinin gündəlik həyatda tətbiq olunabilir olduğunu göstərmək məqsədilə bundan 11 il əvvəl ilk avtomobilimizi istehsal etdik. Sonra isə “Aruna” nı nümaiş etdirən qrup Türkiyədə ilk günəş enerjisi ilə işləyən avtomobil istehsal etməklə tarixə keçdi.

Xatırladaq ki, ortalama olaraq saatda 70 kilometr sürətlə hərəkət edən  “Aruna” 2.5 kilometrə 1 qəpik və 500 kilometrə isə təxminən 2 manatlıq yanacaq məsrəfi edəcək.

Elnur ORUCLU