Mehman Əliyev: “Bu, böhran və kütləvi psixozun göstəricisidir”

“Bu gün cəmiyyətdə bir böhran var. Insanlar bu böhrandan çıxış yolu axtarır. Televizora baxır, çıxış yolu tapa bilmir, çaş-baş qalır. Dinə üz tutur, dua edir, yenə bir yerə çıxa bilmir. Bütün yollara üz tutur, böhrandan çıxa bilmir.%d0%b7%d0%b0%d0%b3%d1%80%d1%83%d0%b6%d0%b5%d0%bd%d0%be-10 Axırda falçılara üz tutur. Yəni bu tendensiya sosial sifariş kimi meydana çıxır. Insanlar bu yolla bir çıxış yolu tapmağa can atır. Media bunu görür. Lakin media özü də böhran içindədir. Buna görə də hər iki tərəf ekstrasenslərə üz tutur. Əslində medianın falçılara bu qədər geniş yer verməsi cəmiyyətdəki dərin böhranın, kütləvi psixozun göstəricisidir.
Baş verənlər göstərir ki, falçılara tələbat sadəcə cəmiyyətə deyil, mediada da var”.