Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq. Səfirlikdən verilən xəbərə görə, artıq səfirlikdə dövlət bayrağı yarıya qədər endirilib. Ölkənin milli bayramı — dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə sentyabrın 6-da keçirilməsi nəzərdə tutulan mərasim də ləğv edilib. Qeyd edək ki, dünən Özbəkistan hökuməti və parlamenti İslam Kərimovun vəfat etməsi barədə rəsmi məlumat yayıb. Prezidentin dəfn mərasimi bu gün Səmərqənddə keçiriləcək. Ölkədə bu gündən 3 günlük matəm elan olunub. İslam Əbdülqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.
Related Posts
Terror təşkilatına qarşı əməliyyatlar sürət kəsmədən davam edəcək
- admin
- 04/11/2015
- 0
Baş nazir Əhməd Davudoğlu sədrliyi ilə keçirilən Təhlükəsizlik Konfransı başa çatıb. Çankayada təxminən 2 saat […]
İŞİD Kərkükdə darmadağın oldu
- admin
- 07/07/2015
- 0
Işid, əvvəlki gün Kərkükün cənubuna hücum etdi. Şiddətli qarşıdurmalardan sonra işid geri çəkildi. İraqda Ramadiyi […]
Boğaziçi körpüsünün adı “15 İyul şəhidlər körpüsü” olaraq dəyişdirilib.
- admin
- 26/07/2016
- 0
Türkiyənin İstanbul şəhərinin Boğaziçi körpüsünün adı “15 İyul şəhidlər körpüsü” olaraq dəyişdirilib. Xebername.info”Anadolu”ya isnadan xəbər […]