Ə.Həsənov xatırladıb, ki,” cəmiyyətdən gələn sosial sifarişlər referendumu zəruri edir”.”Respublikaçı Alternativ” (ReAL) Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı isə Ə.Həsənovun referenduma dair söylədiyi fikirlərə etirazını bildirib: “Cəmiyyətdən sifariş varsa, bunu əyani şəkildə göstərmək lazımdır. Əgər dünən və bu gün referenduma çıxarılan dəyişikliklərlə bağlı heç bir ictimai müzakirə yoxdursa, hansı ictimai zərurətdən danışmaq olar? Cəmiyyətin referendum haqqında məlumatı yoxdur, qaldı ki, referenduma çıxarılan dəyişikliklərdən xəbəri olsun”.
A.Qasımlı qeyd edib ki, Azərbaycan cəmiyyətinin iqtisadi böhranın, manatın sürətlə dəyərdən düşməsinin qarşısını almaq, korrupsiya və məhkəmələrdə ədalətsizliyi yox etmək kimi sifarişi var: “Bu sifarişi yerinə yetirsinlər”.
“Referenduma çıxarılan dəyişikliklər isə bu problemləri nəinki həll edəcək, əksinə, yeni problemlər yaradacaq. Çünki konstitusiya dəyişikliklərinin yeganə məqsədi formalaşan iqtisadi-siyasi sistemi saxlamaq, bu sistemə xidmət edən və bu vəziyyətdən yararlanan Əli Həsənov kimilərin hakimiyyətini möhkəmləndirməkdən ibarətdir”,- deyə A.Qasımlı bildirib.