Nyu York şəhərindəki məşhur Brooklyn Körpüsünün üstünə çıxıb “selfie” çəkən turist həbs olundu.
Tennessee əyalətində yaşayan 21 yaşındakı “mühəndislik” üzrə tələbə David Karnauç ötən ay çıxdığı Nyu York səfəri zamanı qadağan olmasına baxmayaraq körpünün təpəsinə çıxıb, fotoşəkil çəkmişdi.
Fotoşəkili “Instagram” hesabına qoyan Karnauçun paylaşımı onu peşman etdi. Bunun üzərinə fotoşəkilin izinə düşən səlahiyyətlilər, gənci Tennesseedəki evində tutub həbs etdi. Karnauç təzminatını ödəmədiyi üçün 31 avqustdakı məhkəməyə qədər məhbus olaraq həbsxanada tutulacaq.
Elnur ORUCLU